Dünya
Ebola BMT və ABŞ arasında fikir ayrılığına səbəb oldu

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqondan verdiyi açıqlamada Afrikadan qayıdan tibbi personalın 21 gün nəzarət altında olacağını açıqlayıb.
Publika.az-ın məlumatına görə, nazirlikdən bu qərarın həmin şəxslərin yaxınlarını, ailələrini və cəmiyyəti Ebola təhlükəsindən qorumaq üçün qəbul edildiyi bildirilib.
Çünki bundan əvvəl Afrikada xidmət edib geri qayıdan həkim Craiq Spencerə Ebola diaqnozu qoyulub. Onun Afrikadan qayıtdıqdan sonra ictimai nəqliyyatdan istifadə etməsi, insanlarla ünsiyyət qurması narahatlığa səbəb olub.
Buna görə də, ABŞ rəsmiləri Afrikadan geri qayıdanları karantinə almaqla bağlı qərarı da məhz bu narahatlığı aradan qaldırmaqdır. Lakin qərar heç də birmənalı qarşılanmayıb. Qərar insan haqlarının pozulması kimi dəyərləndirilir. Qərara qarşı çıxanlar bildirir ki, insanlar istəmədikləri halda cəmiyyətdən təcrid edilir, bu həm də onların Afrikada gördükləri işin alçaldılması kimi qəbul edilir.
Qeyd edək ki, ABŞ Afrika ölkələrində yayılmış Ebola ilə bağlı 4 min xidməti personal göndərib.
ABŞ-ın bu qərarına Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun da qarşı çıxıb. O, bu qərarın Ebola ilə bağlı ön cəbhədə mübarizə aparanlara mənfi təsir edəcəyini deyib.
“Bu şəxslərlə bağlı elmi əsaslandırma olmadan qərar qəbul etmək yanlışdır. İnfeksiyaya yoluxanlar damğalanmamalı, əksinə dəstəklənməlidir”.
Ağ ev sözçüsü Coş Earnest də Nyu-Yorkda tətbiq edilməsi gözlənilən bu qərarla bağlı fikirlərini açıqlayıb:
“Afrika xalqını qorumaq üçün gedən həkim, tibb bacısı və digər şəxslərin fikirlərindən daşındıracaq qərar verilməməlidir. Hər bir qərar elmi əsaslandırılmalıdır”.
Gülxar

-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO
-
Magazin217 May 20:36
“Avroviziya”da erməni təxribatının qarşısı alındı