Dünya
Separatçılardan SSRİ xalq artistinə “fəxri konsul” vəzifəsi
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu SSRİ xalq artisti İosif Kobzonu “DXR”in Rusiya Federasiyasında fəxri konsulu təyin edib.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR”in “baş naziri” Aleksandr Zaxarçenko bildirib.
A.Zaxarçenkonun sözlərinə görə, İ.Kobzon “DXR” məktəbləri üçün çatışmayan dərsliklərin siyahısını tərtib etməyi xahiş edib və 3-4 gün ərzində problemi həll edəcəyinə söz verib.
Qeyd edək ki, İ.Kobzon Donetsk vilayətinin Çasov Yar şəhərində doğulub. Donetskdə onun şərəfinə heykəli ucaldılıb. O, Donetsk, Slavyansk, Makeyevka, Kramatorsk, Artemovsk və Qorlovka şəhərlərinin fəxri vətəndaşıdır.
Ukraynanın Dnepropetrovsk şəhər şurası isə SSRİ xalq artistinin
Dnepropetrovskun fəxri vətəndaşı adından məhrum edib. Artistə
Dnepropetrovsk şəhərinin fəxri vətəndaşı adı 1995-ci ildə
verilmişdi. Deputatlar həmçinin Kobzonun ifasında şəhər himninin
səsləndirilməsinə qadağa qoyub. Artist özü bu qərarın gözlənilən
olduğunu və buna sevindiyini deyib: “Dnepropetrovsk şəhərini idarə
edən indiki hakimiyyətə nifrət edirəm”.
SSRİ xalq artisti ötən həftə Donetsk vilayətinə səfər edib. Burada konsert verən Kobzon “DXR” üçün yazılan “dövlət himni”ni ifadə edib. Konsertin sonunda A.Zaxarçenkonu səhnəyə dəvət edən Kobzon onunla birlikdə “Mən səni sevirəm, həyat!" mahnısını oxuyub.
Ömər Dağlı
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu