Dünya
Kremldə gedən “müharibə”nin növbəti qurbanı – İDDİA
Kreml Rusiya daxili işlər naziri Vladimir Kolokolsevin istefa verdiyi barədə xəbəri təsdiqləməyib.
Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə onda heç bir məlumat olmadığını bildirib. O, son vaxtlar mediada müxtəlif hadisələrlə bağlı təsəvvür olunmayacaq səviyyədə informasiyaların çıxdığını diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya daxili işlər nazirinin istefası barədə xəbəri “Dojd” telekanalı Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən verib. Kanala onun varisinin adı da məlumdur. Nazirin səlahiyyətlərinin müvəqqəti icraçısının daxili qoşunların baş komandanı, prezidentin şəxsi mühafizəsinin keçmiş başçısı Viktor Zolotova tapşırılacağı deyilir. Kanalın məlumatına görə, Vladimir Kolokolsevin istefa raportu bu həftənin sonuna kimi təmin edilə bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də istefa və yeni təyinatlar haqqında informasiyanı şərh etməyiblər.
“Dojd” iddia edir ki, Vladimir Kolokolçevin nüfuzunun düşməsi hakimiyyətin yuxarı eşalonlarda gedən “müharibəsi” ilə bağlıdır. “Kommersant” qəzeti isə yazıb ki, Kolokolsev öz müavinləri arasında səlahiyyətləri yenidən bölüşdürüb və daha çoxunu Zolotov alıb.
Ömər Dağlı
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...
-
İdman10:33Advokat ona niyə "türk əclaf" deyib?
































