İdman
“Bu il heç kim çempionluğa layiq deyil”
“Mançester Yunayted”in və İngiltərə millisinin əfsanəsi Pol Skols İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq yarışı ilə bağlı skeptik mövqe sərgiləyib.
Publika.az xəbər verir ki, sabiq yarımmüdafiəçi əvvəlki illərdə titul qazanan komandanın üstünlüyünü qəbul etmək mümkün olduğunu, lakin bu il heç bir iddiaçı onu çempion adına layiq olduğuna inandıra bilmədiyini qeyd edib:
“Düzünü desəm, kuboku ümumiyyətlə heç kimə verməzdim. Heç kim buna layiq deyil. Bu mövsüm oyunun səviyyəsi açıq desək, o qədər də cəlbedici olmayıb.
Hazırda “Arsenal”ın üzərində böyük təzyiq var. Onlar illərdir yaxşı mövqelər tuturlar, amma finiş xəttinə yaxın daim büdrəyirlər.
İndi yenidən liderdirlər, amma parlaq futbol gözləməyə dəyməz. Mövsüm boyu heç bir komandadan həqiqətən möhtəşəm oyun görməmişəm. Əsas sual budur ki, həlledici addımı necə atacaqlar”.
Hazırda “Arsenal” 29 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. Onu 59 xalla və bir oyunu ehtiyatda olan “Mançester Siti” izləyir.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı





























.png)


.jpg)



