Sosial
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
Publika.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.
Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.
Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?































.jpg)


