Dünya
İsveç Fələstini rəsmən tanıdı
İsveç hökuməti rəsmən Fələstini dövlət kimi tanıyıb.
Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bununla da, İsveç Fələstini bir dövlət kimi tanıyan Avropa Birliyinin ilk ölkəsi olub.
“Bu gün hökumət Fələstin dövlətini tanımaqla bağlı qərar qəbul edib. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna söykənir”, - deyə İsveç xarici işlər naziri Marqot Valstrom bildirib.
Xatırladaq ki, İsveçin yeni baş naziri Stefan Leven 3 oktyabrda Fələstini tanımaq niyyətində olduğunu bəyan etmişdi. Bu bəyanat İsrail hakimiyyəti tərəfindən tənqid olunurdu. İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyanatı “tələsik və düşünülməmiş” adlandırmışdı.
Fələstin dövlətinin yaranması 1988-ci il noyabrın 15-də Fələstin Milli Şurasının Əlcəzairdə keçirilən növbədən sessiyasında elan edilib. Fələstin dövlətinin de-fakto tanınması barədə qərar 2012-ci ildə BMT Baş Assambleyasında qəbul olunub. Fələstini dövlət kimi 26 il ərzində 134 ölkə tanıyıb. Ancaq onların arasında Avropa Birliyinin heç bir ölkəsi yox idi. Buna baxmayaraq, Fələstinin bir çox Avropa ölkəsində diplomatik missiyaları var.
Ömər Dağlı
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi






.jpg)


.jpg)


.jpg)



















.jpg)