İdman
Şahmatçılarımız İtaliyada iki qızıl medal qazandılar
İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun partiyaları oynanılıb.
Publika.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib.
11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra 9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq görülüb.
Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.
83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycan Himni səsləndiriləcək.
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi












.jpg)
.jpg)


.jpg)
.jpg)


















.jpg)