BMT Donbasda ölən və yaralananların sayını açıqladı
Bizi izləyin

Dünya

BMT Donbasda ölən və yaralananların sayını açıqladı

Ukraynanın cənub-şərqində münaqişə nəticəsində ölənlərin sayı dörd mini keçib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin humanitar məsələlərinin koordinasiyası üzrə idarənin məruzəsində deyilir.

"Ukraynanın şərqində ən azı 4035 insan ölüb, 9336-i isə yaralanın”, - deyə BMT-nin məruzəsində qeyd olunub.

Burada hərbi əməliyyatlar 2014-cü ilin aprelində başlayıb. Sentyabrın 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalansa da atəşkəs mütəmadi olaraq pozulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm