Nemtsov Putinin "Novorossiya” planının üstünü açdı
Bizi izləyin

Dünya

Nemtsov Putinin "Novorossiya” planının üstünü açdı

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Xarkovdan Odessaya qədər "Novorossiya”nı yaratmaq istəyirdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Azadlıq" radiosuna müsahibəsində Rusiya müxalifətinin lideri Boris Nemtsov bildirib.

“Poroşenko əla anlayır ki, Ukrayna xalqı onu seçdi. Və əla anlayır ki, Putin qarşısında deyil, öz xalqının qarşısında hesabat verməlidir”, - deyə müxalifətçi deyib.

Rusiya siyasətçisi vurğulayıb ki, Ukraynanın prezidentinə çox mürəkkəb "miras" qalmasına baxmayaraq, hazırda o, Putin kimi ciddi bir rəqibə qarşı üstünlük qazanıb: “Poroşenkoya dağılmış ordu və iqtisadiyyat miras qalmışdı. Belə bir vəziyyətdə isə müharibədə qalib gəlməyi heç kim bacarmazdı. Mən Poroşenkonun yol verdiyi heç bir ciddi səhvi görmədim”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm