Dünya
Yaxın Şərqdə BÖYÜK TAMAŞA: İran, ABŞ və İsrail eyni üçbucaqda
İsrailin Qəzza zolağına hücumlarından sonra Yaxın Şərqdə artan xaos ABŞ və İran arasında gərginliyin artması ilə pik həddə çatıb.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir müddət əvvəl İordaniyadakı baza hücumuna cavab olaraq İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna məxsus hədəflərə hava zərbələri endirildiyini bildirib. Açıqlamada 85-dən çox hədəfin vurulduğu, 125-dən çox dəqiq sursatın istifadə edildiyi bildirilib.
Terror və Təhlükəsizlik Mütəxəssisi Coşqun Başbuğ ABŞ və İran arasında yaşanan gərginliyin sövdələşmə olduğunu vurğulayaraq, bu prosesdə ən çox İraq və Suriyanın zərər gördüyünü bildirib:
“İranla ABŞ arasında heç vaxt müharibə olmayacaq. İran, ABŞ və İsrail arasında görünməz əməkdaşlıq var. Onlar bir-birindən faydalanır. İsrail ABŞ-ı özünə cəlb etmək və onun dəstəyini almaq üçün İranı təhdid kimi qələmə verir. Bölgədəki xaos daha da artmayacaq.
Mən ABŞ-ın İrana reaksiya bəhanəsi ilə İraq və Suriyaya hücum edəcəyini demişdim. Məhz belə də oldu. İran sözdə İsrailə qəzəblidir. Zərbə görən isə İraq və Suriyadır. Minlərlə müsəlman qətlə yetirildi. İsrail də İrana müharibə elan etdiyini deyir. Yenə İraq və Suriyanı vurur. İranın FETÖ strukturu ilə İsrail və ABŞ-ın əlbir olduğunu bilməkdə fayda var. Belə bir vəziyyətdə nə ABŞ İranı vuracaq, nə də İran ABŞ və İsraili”.
Qeyd edək ki, PKK terrorçularını öz ərazisindən Ermənistan tərəfinə gətirən də İranın özü olub. Amma bu, o demək deyil ki, bütün İran anti-Türkiyədir. Tam əksi: Türkiyədən sonra türklərin ən çox yaşadığı coğrafiya İrandır. İran əhalisinin təxminən 50 faizini Azərbaycan türkləri təşkil edir. Bunları İrandakı FETÖ edir. Amma təəssüf ki, onlar da dövlət sisteminin bir çox aspektlərində hökmranlıq edirlər.
Roza Şəfiyeva
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar