PSJ və “Bayern” eyni futbolçu uğrunda mübarizəyə hazırlaşır
Bizi izləyin

İdman

PSJ və “Bayern” eyni futbolçu uğrunda mübarizəyə hazırlaşır

PSJ və “Bayern” eyni futbolçu uğrunda mübarizəyə hazırlaşır

Fransanın PSJ və Almaniyanın “Bayern” klubları qış transfer pəncərəsində “Roma”nın hücumçusu Donyell Maleni heyətinə qatmaq üçün mübarizə aparmağa hazırlaşır.

Publika.az xəbər verir ki, Niderland millisinin üzvü bu mövsüm İtaliya A Seriyasında sərgilədiyi məhsuldar oyunla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

“Calcio Mercato”nun məlumatına görə, hər iki komanda hücum xəttindəki ciddi zədə problemləri səbəbindən 27 yaşlı futbolçunu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib. PSJ Xviça Kvaratsxeliya və Dezire Due ilə uzun müddətlik itkilərlə üzləşib. “Bayern”də isə “Qızıl top”un son qalibi Harri Keyn ayaq biləyindən aldığı zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Malen cari mövsümdə karyerasının ən uğurlu dövrlərindən birini yaşayır. O, “Roma”nın heyətində keçirdiyi 15 oyunda 16 qol vuraraq A Seriyasının ən məhsuldar futbolçularından birinə çevrilib. Hücumçu “Parma” ilə qarşılaşmada pokerə imza ataraq diqqətləri üzərinə çəkib.

Bu çıxışdan sonra futbolçunun transfer dəyərinin təxminən 50 milyon avroya yüksəldiyi bildirilir. Daha əvvəl “Borussiya Dortmund”da çıxış etmiş niderlandlı oyunçu “Ayaks” və “Arsenal”ın akademiyalarında da yetişib.

Bununla belə, “Roma” qış transfer pəncərəsində əsas hücumçusunu satmaq niyyətində deyil. İtaliya klubu A Seriyasının çempionluğu uğrunda mübarizə apardığından heyətini zəiflətmək istəmir. Üstəlik, Malenin müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir və klubun futbolçunu satmağa maliyyə baxımından ehtiyacı yoxdur.

Buna baxmayaraq, 50 milyon avronu üstələyən rəsmi təkliflərin Romadakı mövqeyə təsir edə biləcəyi istisna edilmir. PSJ isə Çempionlar Liqasında “Roma” ilə qarşılaşma zamanı transfer hədəfini yaxından izləmək imkanı əldə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm