Dünya
ABŞ-ın Avropaya təsirini azaltmaq: "Veymar üçbucağı"nı canlandırmaq təklif edildi
Avropa İttifaqından ABŞ-ın Avropada təhlükəsizliyin təmin edilməsində iştirakını azaltmaq üçün Berlin, Paris və Varşavanın qeyri-rəsmi birləşməsini - Veymar üçbucağını canlandırmaq xahiş olunub.
Publika.az xəbər verir ki, Aİ müdafiə sisteminin bu yeni konfiqurasiyası Məsuliyyətli Hökumət üzrə Quincy İnstitutunun Avrasiya Proqramının kiçik əməkdaşı Artin DerSimonian tərəfindən "Politico" üçün köşə yazısında qeyd olunub.
Müəllifin sözlərinə görə, Almaniya və Fransa şərq müttəfiqlərinin perspektivlərinə daha açıq olmalıdırlar. O qeyd edir ki, 30 ildən çox əvvəl yaradılan Veymar Üçbucağını “aktivləşdirməyin vaxtı çatıb”.
“Çünki Amerikapərəst və NATO-yönlü baxışların güclü olduğu Polşanın iştirakı Vaşinqtonun müstəqil Avropa layihəsi ilə bağlı qorxularını azaltmağa kömək edə bilər”, - deyə materialda vurğulanıb.
Xatırladaq ki, bir müddət əvvəl DerSimonian Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təklif edib. İddia olunur ki, bunun üçün Aİ ölkələri Rusiyanı nahaq yerə təhrik etmədən mühafizə strategiyasına riayət etməlidir, çünki bu, Polşa və Baltikyanı ölkələrin siyasi elitalarının qarşıdurma əhval-ruhiyyəsini azaldacaq.
Cəmilə
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO