Dünya
ABŞ-ın Mərkəzi Asiya ilə bağlı yeni strategiyası: Rusiya və Çin bölgədən çıxarılır
ABŞ Konqresinin üzvləri yeni Mərkəzi Asiya strategiyası ilə bağlı razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” ABŞ Konqresinin lobbilərindən məlumat əldə edib.
Ağ Evə təqdim edilən planda ABŞ-ın Qazaxıstanda dominant iqtisadi gücə çevrilməsi, Rusiya və Çinin isə regionda zəiflədilməsi nəzərdə tutulur.
Konqresdəki hər iki partiya (Demokratlar və Respublikaçılar) ABŞ-ın Avropa İttifaqı ilə birlikdə Mərkəzi Asiyada kommersiya və strateji sahələrdə hegemon gücə çevrilməsini istəyir. Konqres üzvləri bir tərəfdən Rusiyanın bölgədəki ticarət gücünü zəiflətmək, digər tərəfdən də Çindəki uyğur türkləri məsələsini qlobal kampaniyaya çevirərək Pekinin Yaxın Şərqdəki gücünü sındırmaq istəyirlər. Bu istiqamətdə hazırlanmış strategiya planının Ağ Evə təqdim edildiyi də bildirilir.
Konqres üzvləri Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinin hegemonluğundan uzaqlaşaraq ABŞ və Aİ ilə kommersiya baxımından yaxınlaşdığını düşünür. Qazaxıstanı regionun əsas ölkəsi kimi görürlər. Konqres rəsmiləri hesab edir ki, Qazaxıstanın təşəbbüsü ilə 2023-cü ildə keçiriləcək Astana Beynəlxalq Forumunda və bu il Aİ-nin iştirakı ilə keçiriləcək Mərkəzi Asiya Sammitində region ölkələrinə yeni strategiya təqdim edilməlidir.
Yeni strategiyaya uyğun olaraq, regionda ən dinamik və xarici investisiya həcminə malik ölkə kimi Qazaxıstan neftinin 80 faizinin Rusiya təbii qaz və neft boru kəmərləri ilə Avropaya getməsi narahatlıq doğurur. Digər tərəfdən, ABŞ Ticarət Nazirliyinin Konqresə təqdim etdiyi hesabata görə, ölkənin qeyri-neft ticarətinin 40 faizi Rusiya ilədir.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, Birləşmiş Ştatlar bu günə qədər Qazaxıstana 63 milyard dollar xarici investisiya yatırıb. Dünyanın ən böyük uran və nadir mineral ehtiyatlarına malik ölkələrdən biri olan Qazaxıstanda yeraltı investisiyaların gücləndirilməsi Konqres üzvlərinin gündəmindədir.
Konqres üzvləri həmçinin Rusiyanın Ukraynada mümkün qələbəsindən sonra Moskvanın prioritetinin Mərkəzi Asiya ölkələrinə təzyiq göstərmək olacağını proqnozlaşdırırlar. Konqresdə Şərqi Türküstan türkləri ilə daha sıx əlaqələr qurmaqla Çinin Yaxın Şərqdə artan təsirini dağıtmaq da müzakirə olunub. ÇinYaxın Şərqdə ərəb ölkələrini özünə cəlb etsə də, ərazisindəki müsəlman uyğur türkləri məsələsinə görə təzyiqə məruz qala biləcəyini düşünən konqres üzvləri, ABŞ Dövlət Departamentinin də bu ölkə üçün qlobal məlumat kampaniyasının təşkil edilməsini istəyiblər.
Konqresin xarici siyasət qanadının Orta Asiya strategiyası ilə bağlı Bayden hökumətinə hesabat təqdim etdiyi bildirilir və qeyd olunur ki, Bayden administrasiyası da plana müsbət yanaşır. Bayden ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qatıldığı “C5+1 Sammiti”ndə “təhlükəsizlik, iqtisadi və enerji sahəsində əməkdaşlığın artacağını” açıqlayıb.
Aysel Şahmar
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı