Dünya
Baydendən Netanyahuya Rəfah xəbərdarlığı: Bu plan olmadan...
ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahuya deyib ki, o, Rəfahda bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək üçün etibarlı plan olmadan hərbi əməliyyata başlamamalıdır.
Publika.az xəbər verir ki, Ağ Ev Bayden və Netanyahu arasında HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsi ilə bağlı davam edən səyləri müzakirə etmək üçün telefon danışığı aparıldığını açıqlayıb.
Açıqlamaya görə, ABŞ prezidenti Bayden fələstinli mülki şəxslərə humanitar yardımın səmərəliliyini və ardıcıllığını artırmaq üçün təcili və konkret addımlar atmağa çağırıb.
Fevralın 9-da İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada, Binyamin Netanyahunun ordu və təhlükəsizlik təşkilatına Qəzza zolağının cənubuna hücum etmək və oraya sığınan təxminən 1,5 milyon fələstinlini köçürmək üçün lazımi planı hazırlamaq tapşırığı verdiyi qeyd edilib.
Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşən Rəfah şəhəri İsrailin hücumları nəticəsində evlərindən didərgin düşən minlərlə insanın sığındığı bölgədir. Şəhərdə Qəzzanın təxminən yarısı, 2,3 milyon insan yaşayır.
Roza Şəfiyeva
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı














.jpg)





















