Böyük imperiyanın başına bəla gətirən kiçik ada: Onu niyə partladıblar?
Bizi izləyin

Dünya

Böyük imperiyanın başına bəla gətirən kiçik ada: Onu niyə partladıblar?

Şimal dənizində yerləşən və turizm cənnəti kimi tanınan Helqoland adası 77 il əvvəl tarixin ən böyük partlayışlarından birinə şahidlik edib.

Publika.az xəbər verir ki, Almaniyanın şimal-şərq sahillərindən təxminən 48 kilometr aralıda yerləşən ada tarix boyu Danimarka krallarının və alman hersoqlarının göz bəbəyi olub. Adanın adının “müqəddəs torpaq” mənasını verdiyi deyilir.

Helqoland İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin gözündə bir nömrəli təhlükə olub. Çünki Almaniya Atlantik müharibəsi zamanı donanmasını dəstəkləmək üçün adada yeni qalalar və obyektlər tikib. Ada yeraltı tunellərlə təchiz edilib, sahillərə ağır silahlar qoyulub, hərbi hava limanı, nasist sualtı qayıqları üçün güclü anbarlar inşa olunub.

Sonralar ingilislər Helqolandı 20-ci əsrdə Almaniya kimi düşmənləri üçün mümkün dəniz qalası olaraq görüblər. Bu adadan əbədi olaraq xilas olmaq üçün “Big Bang” əməliyyatı hazırlayıblar.

18 aprel 1947-ci ildə adada saxlanılan 7 000 tondan çox artıq sursat partladılıb. Sözügedən döyüş sursatı təyyarələrdən atılan bombalardan tutmuş gəmilərdən atılan top güllələrinə qədər bir çox partlayıcı maddələrdən ibarət olub.

1985-ci ildə ABŞ-ın partlayıcı sınaqlarına qədər Helqoland dünya tarixində ən böyük qeyri-nüvə süni partlayışı olaraq rekord həddə qalıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm