Dünya
Keçmiş baş nazir sabah azadlığa buraxılacaq

Bir il müddətinə azadlıqdan məhrum edilən Tailandın sabiq baş naziri Taksin Çinavat fevralın 18-də həbsxanadan buraxılacaq.
Publika.az "Thai PBS" telekanalına istinadla xəbər verir ki, məlumatı Tailandın hazırkı Baş naziri Settha Thavisin təsdiqləyib. Onun sözlərinə görə, Taksin Çinavatın şərti azadlığa buraxılması prosesi qanuna uyğun olaraq həyata keçiriləcək.
Bir müddət öncə Tailandda şərti azadlığa buraxılacaq məhbusların siyahısı tərtib olunub. Ölkə qanunlarına görə, yaşı 70-dən yuxarı olduğu, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və cəzasının üçdə birindən çoxu bitdiyi üçün Taksin Çinavat bu meyarlara cavab verir.
Qeyd edək ki, 74 yaşlı Taksin Çinavat 15 illik könüllü sürgündən sonra 2023-cü il avqustun 22-də Tailanda qayıdıb və orada həbs olunub. Səkkiz il həbs cəzasına məhkum edilən sabiq baş nazir ölkənin inkişafına verdiyi töhfəyə görə Kral X Rama tərəfindən əfv edilib və həbs müddəti bir ilədək azaldılıb.
Taksin Çinavat 2001-2006-cı illərdə Tailandın baş naziri olub. O, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında olarkən bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib. Bu səbəbdən uzun müddət ölkəsinə qayıda bilməyən Taksin Çinavat vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmaqda və korrupsiyada ittiham olunub.
Adəm


-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO