Kilsədə terror aktı törədildi: 15 nəfər həlak oldu
Bizi izləyin

Dünya

Kilsədə terror aktı törədildi: 15 nəfər həlak oldu

Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yeparxiyanın rəhbəri Jan-Pyer Savadoqoya istinadla məlumat yayıb.

Məlumata görə, yaraqlıların hücumu nəticəsində daha iki nəfər yaralanıb.

Essakane kəndi Burkina-Faso, Mali və Niger arasında sərhəddə yerləşir.

Qeyd edək ki, 2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları nəticəsində 20 minə yaxın insan həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm