ABŞ bu ölkələrin şirkətlərinə sanksiya tətbiq etdi
Bizi izləyin

Dünya

ABŞ bu ölkələrin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyi Çin və Kanada şirkətlərini sanksiya siyahısına salıb, onlara ixrac məhdudiyyətləri tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı nazirlik özünün rəsmi sənədlər siyahısında yerləşdirib.

Nazirlik bildirir ki, Çinin “Chengdu Beizhan Electronics” şirkəti sanksiya siyahısında olan Çin Elektron Elmləri və Texnologiyaları Universiteti üçün Amerika istehsalı olan mallar alıb: “Bu, ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət sahəsində maraqlarına ziddir”.

Bundan əlavə, Kanadanın “Sandvine” şirkəti və onun Hindistan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç və Yaponiyadakı törəmə şirkətlərinə də ixrac məhdudiyyətləri tətbiq edilib. Bəyanatda “Sandvine”nin Misir hökumətinə senzura və “siyasi təqib” üçün istifadə olunan internet texnologiyasını tədarük etdiyi bildirilir. ABŞ hakimiyyətinin fikrincə, bu da ölkənin milli təhlükəsizlik və xarici siyasət sahəsində maraqlarına ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm