Yeniyetmələr üçün xüsusi avtomobil təqdim olundu - FOTO
Bizi izləyin

Dünya

Yeniyetmələr üçün xüsusi avtomobil təqdim olundu - FOTO

İsveçrənin “Micro Mobility Systems” şirkəti Cenevrə avtosalonunda kompakt elektromobil “Microlino Lite”ın istehsal versiyasını təqdim edib.

Publika.az xəbər verir ki, bir sıra Avropa ölkələrində moped sürmək hüququ olan 14 yaşından yuxarı yeniyetmələr belə avtomobili idarə edə bilərlər.

Məlumata görə, “Microlino Lite”ın maksimal sürəti 45 kilometr/saat, elektromobilin uzunluğu 2,5 metr, çəkisi isə 600 kiloqramdan çox deyil. Elektrik mühərrikinin pik gücü 12 at gücünə bərabərdir. Əsas 5,5 kilovat/saatlıq batareya ilə bir dəfə doldurulmaqla qət edilən məsafə təxminən 100 kilometr, daha böyük 11 kilovat/saatlıq batareya ilə isə 177 kilometrdir.

Qeyd olunur ki, elektromobilin park edilməsi üçün adi avtomobillə müqayisədə üç dəfə daha az yer tələb olunur. Yüngül çəkisi sayəsində mini-elektrik avtomobili adi elektromobildən daha az enerji sərf edir.
Birinci mərhələdə elektrik avtomobillərini ayda 156 avroya (illik yürüş həddi 5000 kilometr olmaqla 48 ay müddətinə) lizinqlə əldə etmək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm