300 il əvvəl batmış 20 milyardlıq xəzinəni belə tapacaqlar
Bizi izləyin

Dünya

300 il əvvəl batmış 20 milyardlıq xəzinəni belə tapacaqlar

Karib dənizində 300 il əvvəl batan gəmidə qızıl və gümüş sikkələr, zümrüdlər və 20 milyard dollar dəyərində olan digər batmış xəzinələrin olduğu güman edilir.

Publika.az xəbər verir ki, bu haqda "Business Insider" məlumat yayıb.

Məlumata görə cümə günü Kolumbiya hökuməti "gəmi qəzalarının müqəddəs qülləsi" adlandırılan əfsanəvi qalleon "San Xose"ni araşdırmaq üçün dərin dəniz ekspedisiyasının planlarını açıqlayıb.

Gəmi 1708-ci ildə batıb. Gəminin anbarı Cənubi Amerikadakı İspan koloniyalarından götürülmüş sərvətlər, o cümlədən 116 polad sandıq zümrüd və milyonlarla qızıl və gümüş sikkələrlə dolu olub.

Təkcə bu il hökumət tarixi reliktlə bağlı arxeoloji tədqiqatlara təxminən 4,5 milyon dollar sərmayə qoymaq niyyətindədir.

Elmi tədqiqatların birinci mərhələsində vacib məlumatların toplanması üçün ən müasir texnologiyalardan istifadə edərək, gəminin ətrafını əhatə edən dərin suların tədqiqinə diqqət yetiriləcək.

Okeanoqraf və Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Herman Leon Rincón jurnalistlərə bildirib ki, tədqiqatda sualtı robotlar, dəniz gəmisi və hərəkətləri diqqətlə izləyən kameralardan istifadə olunacaq.

Qeyd olunur ki, gəminin qalıqları 600 metr dərinlikdə yerləşir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm