Rotşild öldü: dünyanı kim idarə edəcək?
Bizi izləyin

Dünya

Rotşild öldü: dünyanı kim idarə edəcək?

Rotşildlər ailəsinin aparıcı üzvü Ceykob Rotşildın ölümü ailə ilə bağlı hazırlanan ssenariləri yenidən gündəmə gətirib.

Publika.az xəbər verir ki, 1800-cü illərdə Osmanlı İmperatorluğuna borc pul verən Rotşild bankirləri Türkiyədə konspirasiya nəzəriyyələrinin mərkəzindədir.

Əsrlər boyu böyük bir sərvətə sahib olan Rotşild ailəsinin son dörd nəslə rəhbərlik edən ən yaşlı üzvü Ceykob Rotşild 87 yaşında vəfat edib. Yəhudi inancına mənsub olan ailə, iş dünyasındakı və İsraillə əlaqələrinə görə “sui-qəsd nəzəriyyələrinin” mərkəzindədir.

Ailənin adı sui-qəsdlərlə əlaqələndirilsə də, İsrailin qurulmasında fəal rol oynaması faktdır. Əslində Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfurun 1917-ci ildə dünya sionist hərəkatının öncüllərindən olan Lord Valter Rotşildə yazdığı məktubda Fələstin torpaqlarında yəhudi dövlətinin qurulmasını təklif etmişdi. Ceykob Rotşild də 2017-ci ildə verdiyi müsahibədə ailənin İsrailin qurulmasındakı rolunu açıq şəkildə təsvir edib.

1936-cı ildə İngiltərədə anadan olan Ceykob Rotşild 1991-ci ildə Lordlar Palatasının üzvü olub. Rotşild öləndə "Süllə baronu" titulunu daşıyırdı. C.Rotşild ingilis olsa da, ailənin mənşəyi Almaniyanın Frankfurt şəhərinə qədər uzanır. Məlumdur ki, Avstriyanın Habsburq sülaləsindən baron titulu almış yəhudi bankir Mayer Amşel Rotşild özünün ilk bank filialını Frankfurtda yaradıb. Bildirilir ki, Ceykob Rotşild “baron” titulundan istifadə etmək bacarığını Britaniya kraliçasının verdiyi xüsusi icazəyə borcludur. "Rotşild" adı almanca "qırmızı qalxan" deməkdir. Bu gün Avropada Rotşild soyadlı ailələr çox olsa da, orijinal Rotşildləri bir gün əvvəl ölən baron təmsil edir.

Ailənin sui-qəsd nəzəriyyələri ilə əlaqələndirilməsinin əsas səbəbi onların yəhudi olması ilə bağlıdır. 18-ci əsrdən etibarən Avropanın maliyyə mərkəzlərində bankir olan və Avropa şahzadələri ilə maliyyə əlaqələri olan Rotşildlər qitənin üzləşdiyi siyasi-iqtisadi böhranlar zamanı hədəfə çevrilib. Ailə üzvlərinin Avropada müxtəlif sülalələrin nümayəndələri ilə evlənməsi də onların siyasi hədəfə çevrilməsinə səbəb olub. Ailə 19-cu əsrdə bir çox müharibələrdə İngiltərəni maliyyələşdirə biləcək iqtisadi gücə çatmışdı.

Müharibələri maliyyələşdirən Rotşildlər savaşdan sonrakı böhran zamanı Avropa ölkələrinə kreditlər payladılar. Ailənin bu xüsusiyyətini sui-qəsd nəzəriyyələrinin əsas mənbəyi kimi görmək olar. Bu nəzəriyyələrin arasında onun bir təriqət olması, müharibələrin Rotşildlərin özləri tərəfindən törədildiyi və bütün dünya maliyyə sisteminin Rotşildlərin başçılıq etdiyi bir neçə ailənin nəzarətində olmasıdır.

Qəribə ssenarilərlə bəhs edilən ailə son dəfə COVID-19 epidemiyasında günahlandırılıb və test dəstlərinin patentinin 2015-ci ildə Rotşildlər tərəfindən alındığı iddia edilib. Sənədlər bunun həqiqəti əks etdirmədiyini və patent müraciətinin 2020-ci ildə edildiyini göstərsə də, ərizənin altındakı ad ailə üzvü Riçard Rotşild olub. Başqa bir sui-qəsd nəzəriyyəsi Rotşildlərin dünyanı idarə edən yadplanetli “Reptilian” icması olduğunu iddia edir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm