Dünyanın gözü Türkiyədə: bütün ölkələri geridə qoydu - FOTO
Bizi izləyin

Dünya

Dünyanın gözü Türkiyədə: bütün ölkələri geridə qoydu - FOTO

Türkiyə turistlər üçün münasib qiymətləri olan ölkə hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə “Welt” qəzeti yazıb.

Nəşr qeyd edir ki, İspaniya almanların ən çox bəyəndiyi istirahət yerləri siyahısında ənənəvi birinciliyi Türkiyəyə buraxıb.

Həmçinin bu il turizm sektorunda rekord nəticələrin gözlənildiyi vurğulanıb. Pandemiya məhdudiyyətlərinin aradan qaldırılması ilə beynəlxalq səyahətlər əvvəlki vəziyyətinə qayıdıb.

Yay ayları yaxınlaşdıqca Almaniyanın turizm sənayesində müsbət atmosfer hökm sürür. Həmin dövr üçün rezervasiyalar da çoxdur. Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fiebig bildirib ki, bu il pandemiyadan əvvəl olduğu kimi rekord nəticələr gözlənilir:

“Düzgün yolda gedirik. 2023-cü illə müqayisədə bu il turistlərin sayı artıb. Yay üçün satışlar 2019-cu illə müqayisədə 11 faiz çoxdur. Bu isə 2023-cü illə müqayisədə 30 faizə çoxdur”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm