“Facebook inqilabı”nın məşhur müəllifi üzə çıxdı - FOTO
Bizi izləyin

Dünya

“Facebook inqilabı”nın məşhur müəllifi üzə çıxdı - FOTO

Ötən il Azərbaycanda “Facebbok inqilabı”nın müəllifi kimi tanınan Aleksey Qriqoryevs üzə çıxıb.


Publika.az xəbər verir ki, Rusiya mediasına müsahibə verən Qriqoryevs Latviyada siyasi durumu şərh edib. Rusiyanı tənqid edən latviyalı Qriqoryevs onun Latviyaya müdaxilə cəhdlərindən danışıB. Həmçinin, Latviyada ruspərəstlərin bu işdə iştirakına toxunur.


“Latviya uzun illərdir öz müstəqilliyini qurub. Bizdə Rusiyaya münasibət birmənalı olmasa da, tam mənfi olduğunu da demək olmaz. Hər şey Ukraynadan sonra dəyişdi. Krım və Ukrayna hadisələri sevgidən nifrətə birbaşa keçid oldu və bu gün Rusiya ilə ticarət əlaqələri aşağıya doğru yuvarlanır. Vaxtilə Latviyanın ticarət dövriyyəsi 100 faiz Rusiya və digər post-sovet ölkələri ilə idi. İndi isə daha çox Avropa üstünlük təşkil edir. Bunun əleyhinə çıxanlar olsa da, artıq hər şey arxada qalıb”, - deyə o bildirib.


Amerika Demokratik İnstitutunun Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Aleksey Qriqoryevsin adı azərbaycanlılar üçün ötən ilin mart ayında aktuallaşmağa başlayıb. Həmin vaxt mediada yayılan məlumatlara görə, Qriqoryevsin müəllifliyi ilə Bakıda “facebook” inqilabına cəhdlər olub, lakin bu baş tutmayıb.

Qeyd edək ki, o, Latviyada anadan olub. 59 yaşı var. İxtisasca filoloq olan A. Qriqoryevs vaxtilə Latviya parlamentində də təmsil olunub. Onun haqqında daha çox siyasi texnoloq kimi bəhs edilir. Məlumatlara görə, SSRİ-nin süqutundan sonra postsovet məkanında aktiv siyasi fəaliyyətlə məşğul olub və Rusiyada Milli Demokratiya İnstitutu vasitəsilə inqilab planlarının hazırlanmasında rol alıb. Bu reallaşmadığı təqdirdə, həmin ssenari Gürcüstana daşınıb və burda uğurla nəticələnib. Onun 2004-cü ildə Ukraynadakı məlum olaylarda da iştirak etdiyi deyilir. Moldovada bu ssenari baş tutmasa da, uğurlu Gürcüstan və Ukrayna modelindən sonra Azərbaycan gəlib. Onun Azərbaycanda aktiv fəaliyyəti isə daha çox 2009-cu ildən müşahidə olunub. 2013-cü ildə isə rəhbərlik etdiyi institutun ölkədə fəaliyyəti dayandırılıb və Qriqoryevs Bakını tərk edib. O vaxtdan Aleksey Qriqoryevsdən xəbər yox idi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm