İDDİA: Zelenski 20 milyonluq malikanə alıb
Bizi izləyin

Dünya

İDDİA: Zelenski 20 milyonluq malikanə alıb

Ukrayna Prezidenti Volodimir Zelensknin 20 milyon funt-sterlinqə iqamətgah aldığı iddia olunub.

Publika.az xəbər verir ki, bu barədə "The London Crier" məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya kralı III Çarlzdan XVIII əsrdə tikilmiş “Highgrove House” malikanəsini alıb.

Qlosterşirdə yerləşən malikanə ilə bağlı razılaşmaya onun həyat yoldaşı Yelena Zelenskaya nəzarət edib.

“Highgrove”un satışı ilə bağlı Bukingem sarayından rəsmi açıqlama yoxdur. Lakin satışın 2024-cü ilin fevral ayının sonu martın əvvəlində tamamlandığını göstərən bir çox detal var”, - mətbuat iddia edib.

Qeyd edək ki, Britaniya kralı malikanəni 1980-ci ildə alıb, şahzadələr Uilyam və Harri orada böyüyüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm