Obama İraqa göndərilən 1500 əsgərin missiyasını açıqladı
Bizi izləyin

Dünya

Obama İraqa göndərilən 1500 əsgərin missiyasını açıqladı

Barak Obama İraqda 1,500 ABŞ əsgərinin yerləşdirilməsini İslam Dövləti silahlılarına qarşı mübarizənin “yeni mərhələsi" adlandırıb.

Publika.az-ın məlumatına görə, Amerikanın CBS TV kanalına müsahibə verən ABŞ prezidenti deyib ki, İraqa yeni göndərilmiş hərbçilər qrupu bilavasitə döyüşlərə qatılmayacaq müşavirlərdən ibarət olsa da, İD-ə qarşı həmlələrə kömək edəcək.

"Birinci mərhələ mötəbər və bütün qüvvələri əhatə edən İraq hökumətini yaratmaq idi. Biz buna nail olduq. İndi İraqın quru qüvvələri İŞİDİ geri oturtmalıdır" - Barak Obama bildirib.

Barak Obama müsahibəsində İraqa əlavə qoşun hissələrinin göndəriləcəyini də istisna etməyib. "Baş komandan olaraq mən heç vaxt “heç vaxt” deməyəcəm", - Obama əlavə edib.

Qeyd edək ki, ABŞ İraqa bu ölkənin xahişi ilə əlavə olaraq 1,500 əsgər göndərib. ABŞ hərbçiləri 9 İraq ordusu və 3 peşmərgə briqadasına təlim keçmək məqsədilə bir neçə mərkəz təsis edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm