SON DƏQİQƏ: İŞİD xəbər yaydı- Bağdadi öldü
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: İŞİD xəbər yaydı- Bağdadi öldü

İŞİD-ə yaxın mənbələr xəlifə Əbu Bəkr Əl Bağdadinin öldüyünü təsdiq edib.

Publika.az-ın məlumatına görə, bu barədə terror təşkilatına aid olan Tvitter hesabında məlumat verilib.

"Əbu Bəkr Əl Bağdadinin öldürülməsi ilə bağlı detalları paylaşacağıq və ən qısa zamanda İslam Dövlətinin yeni xəlifəsinin adını açıqlayacağıq", - İŞİD-ə yaxın Tvitter hesabında qeyd edilib.

Qeyd edək ki, ötən həftənin sonunda ABŞ Hərbi Hava Qüvvələri Mosul yaxınlığında terror təşkilatına aid hərbi koriteji bombalayıb. İŞİD liderlərindən bir neçəsinin öldürüldüyü hücum zamanı xəlifə Bağdadinin də öldüyü, yaxud da yaralandığı bildirilmişdi. Lakin məlumat təsdiq edilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm