Epidemiya: Bu xəstəlik 7 min 500 adamda aşkarlandı
Bizi izləyin

Dünya

Epidemiya: Bu xəstəlik 7 min 500 adamda aşkarlandı

Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayının 7500-ü keçdiyi bildirilib.

Publika.az xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında son yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri bu xəstəliyin fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər bu xəstəlikdən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edib. Onlar bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm