Bu şəhərdə turizmlə mübarizə planı: Hotel tikintisi qadağan edildi
Bizi izləyin

Dünya

Bu şəhərdə turizmlə mübarizə planı: Hotel tikintisi qadağan edildi

Amsterdamın yerli hökuməti kütləvi turizmlə mübarizə çərçivəsində yeni hotel binalarının tikintisinə icazə verməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, yerli hökumətin verdiyi açıqlamada “Biz şəhəri sakinlər və qonaqlar üçün yaşana bilən hala gətirmək və bunu qorumaq istəyirik. Bu o deməkdir ki, həddindən artıq turizm, yeni hotel, ildə 20 milyon adamın gecələməsi yoxdur”, - deyə bildirilir.

Amsterdamda yeni hotel ancaq o halda tikilə bilər ki, başqa bir hotel bağlansın. Lakin bu qayda artıq icazə almış yeni hotellərə şamil edilmir.

Keçən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və kruiz terminalının bağlanması üçün səsvermə edib.

2021-ci ildə çıxarılan "Balansda Amsterdam Turizmi" adlı nizamnaməyə görə, turist sayı 18 milyon nəfərə çatarsa, şəhər şurası müdaxilə etmək məcburiyyətindədir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm