Saakaşvilinin şəklinə görə “Forbes”dən imtina etdi
Bizi izləyin

Dünya

Saakaşvilinin şəklinə görə “Forbes”dən imtina etdi

Gürcüstan Ədliyyə Nazirliyi “Forbes Georgia” jurnalının abunəçisi olmaqdan imtina edib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, buna səbəb jurnalın sonuncu nömrəsinin üz səhifəsində keçmiş prezident Mixail Saakaşvilinin şəklinin dərc edilməsi olub.

Bu barədə informasiya jurnalın “Facebook” səhifəsində yerləşdirilib. Məlumata görə, bu gün Ədliyyə Nazirliyinin aparatından redaksiyaya zəng vurulub və nazir Teya Sulukianinin müvafiq göstərişini onlara çatdırıblar. Gürcüstan Ədliyyə Nazirliyindən məsələ ilə əlaqədar hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, “Forbes Georgia”nın üz səhifəsində Mixail Saakaşvilinin şəklinin olduğu sonuncu nömrədə keçmiş prezidentin müsahibəsi dərc edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm