Razılaşdılar: Almaniyanın bu şəhərində hər cümə günü azan oxunacaq
Bizi izləyin

Dünya

Razılaşdılar: Almaniyanın bu şəhərində hər cümə günü azan oxunacaq

Almaniyanın Krefeld şəhərindəki Diyanət İşləri Türk-İslam Birliyinə bağlı Yunus Əmrə məscidi ilə şəhər rəhbərliyi arasında azanın hər cümə günü səsgücləndirici ilə oxunması üçün protokol imzalanıb.

Publika.az xəbər verir ki, Krefeld meri Frank Meyerin ofisində keçirilən imzalanma mərasimindən sonra ilk azanın mayın 3-ü cümə günü oxunacağı bildirilib.

Mer Meyer imzalanma mərasimindəki çıxışında müsəlmanların, eləcə də digər dinlərin hüquqlarını nəzərə aldıqlarını bildirib:

"Krefelddəki müsəlman icmaları şəhər sakinləri, qonşular və yerli idarəçilərlə ahəngdar şəkildə işləməyə davam edir. Şəhər sakinlərini narahat etmiyəcək şəkildə, azan səsinin 55 ilə maksimum 70 desibel arasında olması ilə bağlı protokolu razılaşdırdıq. Bundan sonra Krefeld şəhərindəki bütün məscidlərin minarəsindən azan oxunacaq”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm