Kralın portretindəki bu detal müzakirələrə səbəb oldu - VİDEO
Bizi izləyin

Dünya

Kralın portretindəki bu detal müzakirələrə səbəb oldu - VİDEO

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimindən sonra çəkilmiş ilk rəsmi portreti Bukinqem Sarayında nümayiş etdirilib. Portretin tünd qırmızı fonu sosial mediada diqqət çəkib.

Publika.az xəbər verir ki, rəssam Conatan Yeo tərəfindən hazırlanan portretdə Kral Çarlz canlı qırmızı çalarların fonunda, Uels Qvardiyasının hərbi hissəsinin formasını geyinmiş və çiyninin üstündə kəpənəklə təsvir edilib. Kral Çarlz 2021-2023-cü illər arasında dörd dəfə rəssam üçün portret qarşısında oturub.

Portretin güzgü üsulu ilə yan-yana qoyulduğu zaman şeytani obrazlar yaratması diqqət çəkib. Sosial mediada gündəmdə olan tablo iyunun 14-dək Londondakı “Philip Mold” Qalereyasında nümayiş etdiriləcək.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm