Prokuror Netanyahunun həbsini tələb etdi
Bizi izləyin

Dünya

Prokuror Netanyahunun həbsini tələb etdi

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib.

Publika.az xəbər verir ki, TASS bu barədə BCM prokuroru Kərim Xanın bəyanatına istinadən məlumat yayıb.

BCM-in məlumatına görə, Netanyahu və Qalant Qəzza zolağında döyüşlər zamanı İsrail ordusunun törətdiyi hərbi cinayətlərə, eləcə də insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıya bilərlər.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Fələstinin HƏMAS hərəkatının üç liderinin həbsinə də order verilməsini istəyir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm