Şolts Qərbin Ukrayna planını açıqladı: Almaniya münaqişəyə cəlb edilir
Bizi izləyin

Dünya

Şolts Qərbin Ukrayna planını açıqladı: Almaniya münaqişəyə cəlb edilir

Qərb ölkələri Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməməlidirlər, çünki belə bir qərar onları birbaşa Rusiya Federasiyası ilə hərbi əməliyyatlara cəlb edə bilər.

Publika.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolts seçkiqabağı tədbirdə səsləndirib.

Şolts xatırladıb ki, Rusiyanın hərbi əməliyyatlarının əvvəlində Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqi ideyası müzakirə olunub. Almaniya kanslerinin fikrincə, bu o deməkdir ki, Qərb Şimali Atlantika Alyansının köməyi ilə “keçmiş Sovet respublikası üzərindən heç bir Ukraynaya aid olmayan qırıcının uçmayacağını” təmin edə bilər.

Şolts belə addımların Almaniyanı Ukrayna münaqişəsinə birbaşa cəlb edə biləcəyinə diqqət çəkib.

Almaniya kansleri deyib ki, nə Avropa İttifaqı, nə də ABŞ hərbi əməliyyatların birbaşa iştirakçısı olmamalıdır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm