Alimlərdən Günəşdən dəfələrlə böyük olan qara dəliklə bağlı yeni kəşf
Bizi izləyin

Dünya

Alimlərdən Günəşdən dəfələrlə böyük olan qara dəliklə bağlı yeni kəşf

Yerdən milyardlarla işıq ili uzaqda olan superkütləvi qara dəliyin udduğu işıq onun öz oxu ətrafında nə qədər sürətlə fırlandığını ortaya qoyub.

Publika.az xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun (MIT) alimi, astrofizik Paşam Dheerajın rəhbərlik etdiyi qrup araşdırma aparıb. Onlar qara dəlikdə işıq parıltısındakı dəyişikliklərin materialın yırğalanan diski tərəfindən əmələ gəldiyini bildiriliblər. Bu yırğalanma isə qara dəliyin mərkəzində fırlanma sürətini əks etdirir.

Onun fırlanma sürəti işıq sürətinin 25 faizindən azdır. İşıq sürəti isə saniyədə 299.792.458 metrdir. Bu, qara dəlik üçün olduqca yavaşdır.

Kütləsi Günəşdən milyardlarla çox olan bu nəhəng obyektlər qalaktikaları birləşdirməyə kömək edən və onların təkamülündə mühüm rol oynayan cazibə mərkəzləridir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm