Zavodda dəhşətli partlayış: 20 nəfər yanaraq öldü - FOTO
Bizi izləyin

Dünya

Zavodda dəhşətli partlayış: 20 nəfər yanaraq öldü - FOTO

Cənubi Koreyanın paytaxtı Seulun cənubunda akkumulyator zavodunda partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat verib.

Bildirilir ki, partlayış nəticəsində baş verən yanğın qısa müddətdə böyüyüb. Nəticədə azı 20 işçi ölüb. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Səlahiyyətlilər 2-si ağır vəziyyətdə olmaqla, 4 nəfər yaralının xəstəxanaya göndərildiyini, digər işçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Yanğının başvermə səbəbləri araşdırılır.

Ölkənin daxili işlər və təhlükəsizlik naziri Li Sanq-min də müvafiq dövlət qurumlarından və yerli hökumətlərdən bütün mövcud resurslar və imkanları səfərbər etməyi xahiş edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm