“Xarici agent” Rusiyaya qayıtdı
Bizi izləyin

Magazin2

“Xarici agent” Rusiyaya qayıtdı

Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilən məşhur müğənni Zemfira Ramazanova Moskvaya qayıdıb.

Publika.az xəbər verir ki, sənətçinin müalicə üçün Rusiyaya döndüyü məlum olub.

Müğənni şəhər klinikalarından birində həkim qəbulunda olarkən görüntülənib. Zemfiranın Moskvanın mərkəzində avtomobilə mindiyi foto da yayılıb.

Klinikanın rəhbərliyi tibbi məxfilik səbəbindən Zemfiranın səfərini təsdiqləməkdən imtina edib.

Qeyd edək ki, Rusiyanı tərk edən sənətçi 2023-cü ildə xarici agentlərin reyestrinə daxil edilib. Bildirilib ki, Zemfira xüsusi hərbi əməliyyatı tənqid edib, Ukraynaya dəstək göstərib, dost olmayan ölkələrdə konsertlər verib. Bundan əlavə, ifaçı xaricdən maliyyələşmədə ittiham olunub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm