Dünya
Vyetnam ABŞ-a bu mesajı çatdırdı: Putin qayıdan kimi
![](https://publika.az/storage/2024/06/24/annotation123654789.jpg?v1719568662)
Vyetnam ABŞ-ı strateji baxımdan mühüm tərəfdaş hesab edir və ABŞ ilə Cənub-Şərqi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün Vaşinqtonla işləməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Vyetnamın xarici işlər naziri Bui Than Son deyib.
"Vietnam Plus" yazır ki, nazir ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink ilə görüşüb. Bui Than Son deyib ki, Hanoy iqtisadi, investisiya və ətraf mühit sektorlarında Vaşinqtonla strateji tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Diplomatlar sazişlərin həyata keçirilməsi üçün konkret tədbirləri də müzakirə ediblər. Kritenbrink qeyd edib ki, Birləşmiş Ştatlar “güclü və müstəqil” Vyetnamı dəstəkləyir, çünki belə bir dövlət ABŞ-ın maraqlarına uyğundur. O qeyd edib ki, iki dövlət arasında münasibətlər heç vaxt indiki kimi güclü olmayıb və ikitərəfli əməkdaşlıq demək olar ki, bütün sahələrdə inkişaf edir. Kritenbrink Vyetnamın xarici siyasətini şərh etməkdən imtina edərək, onun maraqlarını həyata keçirməyin Hanoyun öz işi olduğunu deyib.
Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreya və Vyetnama səfər edib. Putinin səfəri zamanı Moskva və Hanoy arasında bir sıra sənədlər, o cümlədən ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş, ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramları imzalanıb və tərəflər hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Adəm Abbaslı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial13:28
Ramil Hacıyevə Qarabağ Universitetində yüksək vəzifə verildi
-
Sosial13:01
Xanımı evdən getdiyi üçün intihar etdi
-
Sosial12:21
Bu şəxslər 4 min manat cərimələnəcək - Qanun qəbul olundu
-
ABŞ12:01
ABŞ-da çaxnaşma başladı: Bayden geri çəkilir, Trampın yeni rəqibi...
-
Magazin111:36
Nəsrin Cavadzadə Bakıya gəldi - FOTO
-
Sosial11:05
Buna görə sizi postda saxlaya bilməzlər - VİDEO
-
Cənubi Qafqaz10:29
Aİ bu Cənubi Qafqaz ölkəsinə qapılarını bağlayır: görün qarşılarına hansı şərti qoydular
-
Dünya10:14
Şimali Koreya Ukrayna müharibəsinə qoşulur: Bu şəhərə qoşun yeridir - ŞOK İDDİA