İsrail ordusu bu ərazidən geri çəkildi - Yüzlərlə fələstinli geri qayıtdı
Bizi izləyin

Dünya

İsrail ordusu bu ərazidən geri çəkildi - Yüzlərlə fələstinli geri qayıtdı

İsrail ordusu iki günlük hücumlardan sonra İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən və Cenin Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Publika.az xəbər verir ki, hadisə şahidləri İsrail ordusunun geri çəkilməsindən sonra yüzlərlə fələstinlinin bölgəyə qayıtmağa başladığını bildirib.

İsrailin mayın 21-i səhər saatlarında həmin bölgəyə təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 12-yə yüksəlib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərlərinin hücumları nəticəsində 517 fələstinli həyatını itirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm