Beynəlxalq Ədalət Məhkəməsindən İsraillə bağlı QƏRAR
Bizi izləyin

Dünya

Beynəlxalq Ədalət Məhkəməsindən İsraillə bağlı QƏRAR

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının apellyasiya şikayətindən sonra İsraillə bağlı hökm çıxarıb.

Publika.az xəbər verir ki, hökmə əsasən, İsrail dərhal Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyatları dayandırmalıdır.

Məhkəmənin qərarına əsasən, həmçinin İsrail anklav ərazisinə humanitar yardımın buraxılması üçün Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsini açmalıdır.

Qərarı məhkəmə sədri Navaf Salam səsləndirib. O bildirib ki, şəhərdə humanitar vəziyyət pisləşib və hazırda “fəlakətli” olaraq qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm