İranın qərbində partlayış: ölənlər var
Bizi izləyin

Dünya

İranın qərbində partlayış: ölənlər var

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm