Nida Xəbər
İlham İsmayıl saxlanıldı

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl saxlanılıb.
Publika.az "Unikal"a istinadla xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, o, oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.
İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

-
Hadisə25 Sentyabr 23:00
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ
-
Nida Xəbər 25 Sentyabr 22:30
İlham İsmayıl saxlanıldı
-
İdman25 Sentyabr 22:20
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO
-
Rəsmi xronika25 Sentyabr 21:30
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
Nida Xəbər 25 Sentyabr 21:25
Bu şəxslərin Bəhreynə gedişi ASANLAŞDI - SAZİŞ
-
Sosial25 Sentyabr 20:36
"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"
-
ABŞ25 Sentyabr 19:48
Ərdoğanla Tramp arasında görüş başladı
-
Sosial25 Sentyabr 19:36
Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"