İdman
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası ( FİFA ) 2026 - cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün üç maskot təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Turnirə ev sahibliyi edən üç ölkəni təmsil edən maskotlar olaraq Kanada üçün "Maple the Moose", Meksika üçün "Zayu the Jaguar" və ABŞ üçün "Clutch the Bald Eagle" seçilib.
""Maple", "Zayu" və "Clutch", Dünya Kubokunun özü kimi sevinc, enerji və birlik ruhu ilə doludur. Üç maskot bu oyunu dəyişdirən turnir üçün yaratdığımız inanılmaz, əyləncəli atmosferdə əsas rol oynayacaq", - Gianni İnfantino deyib.
2026 FIFA Dünya Kuboku 23-cü FIFA Dünya Kubokudur, finallar 2026-cı ilin iyun və iyul aylarında keçiriləcək. Final matçı iyulun 19-na planlaşdırılıb. İlkin olaraq turnirin final mərhələsində adi 32 komanda iştirak etməli idi, lakin 10 yanvar 2017-ci ildə İnfantino komandaların sayının 48-ə yüksəldiyini açıqlayıb.
Hüseyn İbadlı
.png)
.png)
.png)
.png)
.png)
.png)

-
Hadisə23:00
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ
-
Nida Xəbər 22:30
İlham İsmayıl saxlanıldı
-
İdman22:20
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO
-
Rəsmi xronika21:30
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
Nida Xəbər 21:25
Bu şəxslərin Bəhreynə gedişi ASANLAŞDI - SAZİŞ
-
Sosial20:36
"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"
-
ABŞ19:48
Ərdoğanla Tramp arasında görüş başladı
-
Sosial19:36
Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"