Nida Xəbər
Leyla Əliyeva Sloveniya Prezidentinin həyat yoldaşı ilə görüşdü

Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış "İnsan Təhlükəsizliyinin Artırılması" (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.
Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: - Tələskənlik konfliktlərə səbəb ola bilər
-
Magazin100:00
Azərbaycanlı müğənni qəzaya düşdü - FOTO
-
Hadisə25 Sentyabr 23:00
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ
-
Nida Xəbər 25 Sentyabr 22:30
İlham İsmayıl saxlanıldı
-
İdman25 Sentyabr 22:20
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO
-
Rəsmi xronika25 Sentyabr 21:30
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
Nida Xəbər 25 Sentyabr 21:25
Bu şəxslərin Bəhreynə gedişi ASANLAŞDI - SAZİŞ
-
Sosial25 Sentyabr 20:36
"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"