ABŞ-dan Ukraynaya bəd xəbər
Bizi izləyin

Dünya

ABŞ-dan Ukraynaya bəd xəbər

İsveçrədə Ukrayna ilə bağlı keçirilən “sülh konfransı” artıq uğursuzluğa düçar olub.

Publika.az xəbər verir ki, bunu amerikalı hərbi analitik Skott Ritter deyib.

"Ukrayna üzrə İsveçrə sammiti hələ başlamamış dağılır", - deyə Ritter bildirib.

Sabiq zabitin sözlərinə görə, ABŞ öz siyasəti ilə istədiyi məqsədinə nail ola bilməyəcək.

Qeyd edək ki, konfransın 15-16 iyun tarixlərində Luzern şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır. Lakin Moskva bəyan edib ki, Rusiyaya ultimatum təqdim etmək niyyətində olduğu üçün konfransda iştirak etmək istəmir və bunu planlaşdırmır.

Daha əvvəl Rusiyanın sammitə dəvət olunmadığı qeyd edilmişdi. Bunun fonunda bir sıra qeyri-Qərb ölkələri, o cümlədən Çin sammitdə iştirakdan imtina edərək, Moskvasız sülhə nail olmağın mümkün olmadığını vurğulayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm