Şoltsun gizlini üzə çıxdı: Tramp bu təklifi kobud şəkildə rədd edib və...
Bizi izləyin

Dünya

Şoltsun gizlini üzə çıxdı: Tramp bu təklifi kobud şəkildə rədd edib və...

Almaniya kansleri Olaf Şolts hələ maliyyə naziri olarkən Vaşinqtonun “Şimal axını 2” qaz kəmərinin tikintisinə qarşı sanksiyalarının qarşısını almaq üçün ABŞ-la gizli müqavilə bağlamaq istəyib.

Publika.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti Almaniya hökumətinin məxfi sənədlərinə istinadən xəbər yayıb.

“2020-ci ilin yayında Şolts ABŞ-ın o vaxtkı prezidenti Donald Trampa Almaniyanın Şimali Almaniya sahillərində mayeləşdirilmiş təbii qazın yenidən qazlaşdırılması terminallarının tikintisinə Almaniya büdcəsindən 1 milyard avro sərmayə qoymağı təklif etdi. Bunun şərti qaz kəmərinə qarşı sanksiyaların aradan qaldırılması idi”, - nəşr qeyd edir.

Materialın müəllifləri əlavə ediblər ki, Tramp administrasiyası təklifi kobud şəkildə rədd edib və onu “zibil” adlandırıb.

İyunun 7-də məlum olub ki, Angela Merkel Almaniyanın Federal Kansleri kimi Rusiyanın “Şimal axını 2” qaz kəmərinin işə salınmasına yönəlmiş tədbirlər görmək planlarından, eləcə də Avropaya enerji tədarükünə qoyulan məhdudiyyətlərdən xəbərdardır.

Qeyd olunur ki, bu məsələlərlə bağlı hökumət görüşləri zamanı Merkel “Qazprom”un qiymət siyasətini müdafiə edib və həmçinin “qaz qiymətlərinin yüksək olması üçün sadə izahatlar axtarmamağa” çağırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm