Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
Bizi izləyin

MDB

Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...

Xilasedicilər Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olan daha bir nəfərin cəsədini çıxarıblar.

Publika.az xəbər verir ki, bununla da ölənlərin sayı 11 nəfərə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 11 nəfər həlak olub. Daha 11 nəfər yaralanıb.

Sentyabrın 27-də axşam saatlarında Mahaçqala şəhərinin Novı Xuşet kəndində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Yanacaqdoldurma məntəqəsinin binası dağılıb, iki minik avtomobili və bir yük maşınına da ziyan dəyib.

Tura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm