Bakıda aşan yük maşınına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Bakıda aşan yük maşınına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ

Ziya Bünyadov prospektində yük avtomobilinin aşması səbəbindən hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

***

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm