Restoranda qalmaqal: Müştəriyə meyvə şirəsi əvəzinə böcək spreyi verildi
Bizi izləyin

Dünya

Restoranda qalmaqal: Müştəriyə meyvə şirəsi əvəzinə böcək spreyi verildi

Avstraliyada restoranda ailəyə meyvə suyu əvəzinə pestisidlər verilib.

Publika.az xəbər verir ki, sifariş verdikləri meyvə şirəsindən içən ailə şirənin dadında qəribəlik olduğunu anlayıb. Ailə içkinin tərkibində pestisid ola biləcəyindən şübhələnərək vəziyyəti dərhal səlahiyyətlilərə çatdırıb.

Hadisə yerinə tibb qrupları və polis gələrək araşdırma aparıb. İlkin araşdırmalar müəyyən edib ki, içkinin tərkibində həqiqətən pestisidlər olub.

Bundan sonra xəstəxanaya çatdırılan ailə üzvlərinə tibbi yardım göstərilib. Vaxtında edilən müdaxilə nəticəsində ailə üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilib.

Restoran rəsmiləri içkilərin necə qarışdırıldığını anlamaq üçün ətraflı araşdırma başlatdıqlarını qeyd ediblər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm