Putindən Qərbə sərt xəbərdarlıq: Təhlükəli olacaq
Bizi izləyin

Dünya

Putindən Qərbə sərt xəbərdarlıq: Təhlükəli olacaq

Rusiya prezidenti Vladimir Putin Kubaya dəniz gəmiləri göndərərək ABŞ-a xəbərdarlıq siqnal verib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Express” müdafiə üzrə ekspert Yan Ballantayna istinadən yazır.

İyunun 12-də “Kazan” nüvə sualtı qayığı, “Admiral Qorşkov” freqatı, “Akademik Paşin” təchizat tankeri və Rusiya Hərbi Dəniz Qüvvələrinin “Nikolay Çiker” xilasedici yedək gəmisindən ibarət Şimal Donanmasının gəmi qrupu çağırılıb. Havana limanına edilən səfər 17 İyuna qədər davam edib.

“Vladimir Putinin bu yaxınlarda Kubaya “möhtəşəm” nüvə sualtı qayığı yerləşdirməsi Qərbə xəbərdarlıq olmalıdır”, - Ballantyne deyib.

O xatırladıb ki, Vaşinqton və onun müttəfiqləri Rusiya gəmilərinin Arktikadan ayrıldıqdan sonra onların hərəkətini izləyiblər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm