İsrail ordusu Netanyahuya qarşı çevrilişə hazırlaşır
Bizi izləyin

Dünya

İsrail ordusu Netanyahuya qarşı çevrilişə hazırlaşır

İsrail mediası baş nazir Benyamin Netanyahu ilə ordu rəsmiləri arasında fikir ayrılığının getdikcə dərinləşdiyini bildirib.

Publika.az xəbər verir ki, türk jurnalist Bülənt Orakoğlu mövcud vəziyyəti dəyərləndirib.

O, "Haaretz" qəzetinin yazdığına əsasən bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevinin səbri tükənmək üzrədir:

“İsrail ordusunun Qurban bayramının ilk günündə Nazirlər Kabinetindən soruşmadan Qəzzada 11 saatlıq müvəqqəti atəşkəs elan etməsi üzə çıxıb. Bu çərçivədə İsrailin “Kanal 13” televiziyası Netanyahunun Nazirlər Kabinetinin iclası zamanı taktiki atəşkəs bəyannaməsini sərt şəkildə tənqid etdiyini bildirib”.

Eyni zamanda oğlu Qəzzada əsir olan israilli Einav Zangauker Netanyahu hakimiyyətdə olduğu müddətdə məhbus mübadiləsinin mümkün olmadığını iddia edib.

Bu iddianı Netanyahunun həyat yoldaşı Sara Netanyahu açıqlayıb. O, əsirlərin yaxınları ilə görüşündə bir neçə dəfə İsrail ordusunun komandanlıq səviyyəsinə inanmadığını və ərinə qarşı çevriliş edəcəyini qeyd edib.

Sara Netanyahu etimadsızlığının yalnız ordunun yüksək vəzifəlilərinə yönəldiyini və Netanyahunun görüş zamanı bu iddianı dəfələrlə təkrarladığını bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm